Kaytserfinq üzrə çempionatın qalibi məşhur atlet Ruben Laten Azərbaycana gəlir.
Oxu.Az xəbər verir ki, idmançı səfər zamanı kayt-serferlər ilə görüşəcək, ustad-dərsi keçəcək və onlar arasında yarışma keçirəcək.
3-4 iyun tarixlərində baş tutacaq səfər zamanı Şurabadda (Xaçmaz) Kaytserfinq mərkəzində Azərbaycanda bu idmana yeni qədəm qoyanlar və təcrübəli kayt-serferlər üçün “açıq qapı” günü olacaq, arzu edənlər burada Ruben Lentendən kaytserfinq üzrə seminar dinləyə biləcəklər.
Kaytserfinq - idmançının lövhə üzərində kiçik paraşütün dartma təsiri altında hərəkət etdiyi idman növüdür.
E.Ə.