Bu gün Bakının Hüseyn Cavid prospektində axşam saat 22:00-dan etibarən yolun üfüqi nişanlanması işi aparılacaq.
Bu barədə Oxu.Az-a Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin Mətbuat Katibliyinin rəisi Pünhan Mürsəliyev bildirib.
P. Mürsəliyevin sözlərinə görə, prospektin bəzi hissələrində nəqliyyat vasitələrinin hərəkəti tam, bəzi hissələrində isə qismən məhdudlaşdırılacaq.
Axşam 04:00 radələrində işlərin başa çatdırılması gözlənilir.
E.Ə.
www.oxu.az