Trans Anadolu Təbii qaz Boru Xətti (TANAP) həm Türkiyə, həm Azərbaycan, həm də Avropanın enerji təhlükəsizliyi üçün əhəmiyyətli layihədir.
Oxu.Az xəbər verir ki, bunu “Anadolu” agentliyinə müsahibəsində SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.
O deyib ki, TANAP-ın tikintisi sürətli və problemsiz irəliləyir. Layihənin irəliləməsində Türkiyə və Azərbaycanın yaxın əlaqələrinin əhəmiyyətli rolu olduğunu qeyd edən R.Abdullayev deyib ki, TANAP-ın 77,3 faizi tamamlanıb: “İlk mərhələdə Türkiyəyə 6 milyard kubmetr qaz göndəriləcək. Layihənin ikinci mərhələsində Avropaya 10 milyard kubmetr təbii qazın daşınması reallaşdırılacaq”.
TANAP-ın ikinci hissəsi 2019-cu ildə hazır olacaq: “Amma Avropa tərəfi proqramdan bir az geridə olduğu üçün 2020-ci ildə hazır olacaq. İndiyə qədər TANAP-a ümumi investisiya qoyuluşu 8,5 milyard dollar təşkil edib”.
L.Ə.