Ötən il “İpək yolu” nəqliyyat dəhlizinin Azərbaycan ərazisində 58,2 milyon ton yük, 307,3 milyon nəfər və ya 7,8% çox sərnişin daşınıb.
Bu barədə Oxu.Az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Komitənin məlumatına görə, dəhlizdə daşınmış yüklərin 49,8%-i avtomobil, 34,2%-i dəmir yolu, 16%-i dəniz nəqliyyatının payına düşüb, avtomobil nəqliyyatında 5,7% artım qeydə alınıb. Dəhliz vasitəsilə daşınmış yüklərin 21,9%-ni və ya 12,8 milyon tonunu tranzit yüklər təşkil edib.
Yük daşımaları fəaliyyətindən 531,0 milyon manat, sərnişin daşınmasından isə 120,4 milyon manat gəlir əldə olunub və ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 11,5% və 13,1% artıb.
www.oxu.az