Nizami rayon Uşaq Gənclər Yaradıcılıq Mərkəzində balacalar üçün Novruz şənliyi keçirilib.
Oxu.Az-a daxil olan məlumata görə, uşaq teatr studiya dərnəyinin təşkil etdiyi bayram şənliyində balacaların təqdimatında milli rəqslərimiz və mahnılarımız ifa olunub.
Bundan başqa dərnəyin rəhbəri Tahirə Məmmədovanın uşaqlarla birgə hazırladığı bayram tədbirində balacalar müxtəlif səhnəciklər göstərib, şeirlər oxuyublar.