Reqqi üslubunda oxuduğu mahnıları ilə tanınan Emmanuel Mayyandja Hammerton (AK47, Akay kimi də tanınnır – red.) dünyasını dəyişib.
Oxu.Az axşam.az-a istinadən xəbər verir ki, meneceri 23 yaşlı ifaçının getdiyi barın ayaqyolunda yıxılaraq öldüyünü açıqlayıb. Emmeanuel dərhal xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Qeyd edək ki, 3 uşaq atası olan Emmanuelin qardaşları Jose Chameleone, Weasel və Pallaso musiqi dünyasının məşhur simalarıdır.