Azərbaycan prezidenti İlham Əliyev Əlağa Vahidin 120 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Oxu.Az-ın dövlət başçısının saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir ki, 2015-ci ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair Əlağa Vahidin (Əlağa Məmmədqulu oğlu İsgəndərovun) anadan olmasının 120 illiyi tamam olur.
Mədəniyyət və Turizm Nazirliyinə Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Əlağa Vahidin 120 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb
Martın 18-də İlham Əliyev Rəşid Behbudovun 100 illik yubileyinin keçirilməsi haqqında da sərəncam imzalayıb.
Sərəncama əsasən, görkəmli musiqi xadimi Rəşid Behbudovun 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək Mədəniyyət və Turizm Nazirliyinə tapşırılıb.