Yerli KİV-in məlumatına görə, bu gün Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov bəyanatla çıxış edib – onun rəhbərlik etdiyi idarə şəhərdaxili və şəhərlərarası avtobuslarda gediş haqqının artırılması təklifi ilə İqtisadi İnkişaf Nazirliyi yanında Tarif Şurasına müraciət edib.
Məsələ ilə əlaqədar Day.Az portalı Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Abbas Əliyevə müraciət edib və o aşağıdakıları bildirib:
“Nəqliyyat Nazirliyindən Tarif Şurasına sərnişin avtobuslarının yeni nömrələri və sərnişindaşıma tariflərinə yenidən baxmaq haqqında müraciət daxil olub. Bununla əlaqədar, aprelin 26-da Tarif Şurasının növbəti iclası keçirilib və iclasda bu məsələlər müzakirə olunub.
İclasda şəhərdaxili avtobuslarda hazırkı qiymətləri qüvvədə saxlamaq qərara alınıb. Azərbaycanın Tarif Şurası Bakıda ictimai nəqliyyatda gediş haqqını 20 qəpik səviyyəsində saxlayıb. B iclasdan sonra (yəni, aprelin 26-dan sonra) Nəqliyyat Nazirliyindən Tarif Şurasına sərnişin avtobuslarında gediş haqqının artırılması ilə bağlı heç bir müraciət daxil olmayıb”.
www.day.az
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin