Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

İqtisadiyyat Nazirliyində “China Energy” ilə görüş keçirilib - YENİLƏNİB + FOTO
Azərbaycanda yaşıl enerji keçidinin sürətləndirilməsi üçün bu sahədə qabaqcıl təcrübəyə malik Çin şirkəti ilə əməkdaşlıq məsələləri müzakirə olunub.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, nazir Mikayıl Cabbarov “China Energy International Group Co., Ltd.” şirkətinin prezidenti Çiao Subin ilə görüşüb.
Görüşdə Azərbaycanda energetika sahəsinin qlobal iqlim dəyişiklikləri ilə mübarizə hədəflərinə uyğun şəkildə inkişafı, bərpa olunan enerji mənbələrinin yaradılması istiqamətində həyata keçirilən təşəbbüslər barədə məlumat verilib. Ölkəmizdə yaşıl enerji keçidinin sürətləndirilməsi, bərpa olunan enerji texnologiyalarının tətbiqi üçün bu sahədə qabaqcıl təcrübəyə malik beynəlxalq şirkətlərlə əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb. Bu baxımdan, “China Energy International Group Co., Ltd.” şirkətinin təqdim etdiyi innovativ həllərlə Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində zəngin resurslarından səmərəli istifadə oluna bilər.
Tərəflər yaşıl enerji sahəsində əməkdaşlığın inkişafı, enerji saxlama texnologiyalarının mənimsənilməsi və birgə fəaliyyətin perspektivləri barədə müzakirələr aparıblar.
12:24
“Azərbaycanda yaşıl enerji keçidinin sürətləndirilməsi üçün bu sahədə qabaqcıl təcrübəyə malik beynəlxalq şirkətlərlə əməkdaşlığı genişləndiririk”.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov öz “X” hesabında qeyd edib.
O bildirib ki, “China Energy International Group Co., Ltd.” şirkətinin prezidenti Çiao Subin ilə ölkəmizin bərpa olunan enerji mənbələri sahəsində zəngin resurslarının şirkətin təqdim etdiyi innovativ həllərlə inteqrasiyası, enerji saxlama texnologiyalarının mənimsənilməsi, həyata keçirilən layihələr və birgə fəaliyyətin perspektivləri barədə müzakirələr aparılıb.
#Azərbaycan-da #yaşılenerji keçidinin sürətləndirilməsi üçün bu sahədə qabaqcıl təcrübəyə malik beynəlxalq şirkətlərlə əməkdaşlığı genişləndiririk. "#China Energy International Group Co., Ltd." şirkətinin prezidenti Çiao Subin ilə ölkəmizin bərpa olunan #enerji mənbələri… pic.twitter.com/cVsaqY4NVI
— Mikayil Jabbarov (@MikayilJabbarov) December 8, 2023
"Çin" teqi üzrə xəbərlər
- Trampın Çinə səfərinin təxmini vaxtı açıqlandı
- İran, Çin və Rusiyanın birgə hərbi dəniz təlimləri başlayıb
- Çin uçan avtomobillərin kütləvi istehsalına başlayacaq
- Çin rəsmisi: "Digər dövlətlər Ukrayna münaqişəsindən dərs çıxarmalıdırlar"
- Çində 125 milyon il əvvəl yaşamış nəhəng əqrəbin qalığı tapıldı