İran prezidenti Həsən Ruhani neftin qiymətinin kəskin ucuzlaşmasını “siyasi sövdələşmə” adlandırıb.
Prezident öz bəyanatında vurğulayıb ki, neft bazarında baş verənlər Yaxın Şərq ölkələri və bütün islam dünyasına qarşı yönəlib, Oxu.Az BBC-yə istinadən xəbər verir.
Bu gün yayılan məlumata görə, neftin qiyməti İranın hasilatı artırmaq niyyəti barədə xəbərlər əsasında azalmaqdadır.
Hərraclarda Brent neftinin qiyməti 66,01 dollar, WTI markalı neftin qiyməti isə 63,01 dollar təşkil edib.
Dünən bəlli olub ki, nüvə proqramına görə iqtisadi sanksiyalardan zərər çəkmiş İran hasilatı gündə 4,8 milyon barelədək artırmaq niyyətindədir.
Xatırladaq ki, OPEK üzvlərinin noyabrın 27-də hasilatı azaltmamaq barədə qərar qəbul etməsindən sonra neftin qiymətləri kəskin ucuzlaşıb.