Azərbaycanda ən iri keçi təsərrüfatı sığortalanıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı fins.az-a Ağcabədidəki damazlıq keçi təsərrüfatı olan “BMS Aqro”nun icraçı direktoru Svetlana Məmmədova bildirib.
Onun sözlərinə görə, kompleksdəki bütün heyvanlar sığortalanıb.
“Aqrolizinq” ASC-dən isə bildirilib ki, təsərrüfatda lizinq yolu ilə alınan bütün heyvanlar “Beynəlxalq sığorta” şirkətində sığortalanıb:
“Sığorta tarifi 2,6 faiz təşkil edir. Bu o deməkdir ki, qiyməti 1000 manat olan cins keçi 26 manata sığortalanıb”.
Əsas sığorta risklərinə təbii fəlakətlər və xəstəliklər nəticəsində dəyən zərərlər daxildir.
“Aqrolizinq”-dən bildirilib ki, heyvandarlıq təsərrüfatlarında ən çox sığorta hadisələri doğuş zamanı baş verir:
“Bu zaman heyvanlarda zədələnmə və ya ölüm halları olur. Bu da əsasən təsərrüfatların bu prosesi həyata keçirmək üçün pul ayırmamaları ilə bağlıdır”.
Xaricdən gətirilən cins heyvanlarda isə uyğunlaşma dövründə xəstələnmə halları baş verir.
“Aqrolizinq”-dən bildirilib ki, heyvanlara qulluğun düzgün qaydada aparılmadığı, saxlanma şəraiti normal olmadığı hallarda sığorta hadisəsi baş verirsə, bu zaman sığorta ödənişi verilmir.