“Eurovision”da Türkiyəni “Super Star” adlı mahnı ilə təmsil etmiş məşhur müğənni Sibel Tüzün yeni klipi üçün kamera qarşısına keçib.
Oxu.Az xəbər verir ki, Cem Erdoğanın rejissorluğu ilə ekranlaşdırılan klipdə Tüzün bir-birindən seksual geyimlərdən istifadə edib.
“Le Le Le” mahnısına çəkilən ekran işindən səhnələr Türkiyə mediasında böyük əks-səda yaradıb.
Müğənni klipdə modelyer Tanju Babacanın hazırladığı geyimləri geyinib.
Aytən Sadıqzadə