Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) ilə İran Milli Neft Şirkəti arasında bu ölkənin neft ehtiyatlarının hasilatında və nəqlində SOCAR-ın nanotexnologiyalarının tətbiqi ilə bağlı üçtərəfli əməkdaşlıq protokolu imzalanıb.
Oxu.Az xəbər verir ki, görüşdə SOCAR-ın işlədiyi nanotexnologiyalar, bu texnologiyaların əsas xüsusiyyətləri və tərəflərin niyyətləri müzakirə edilib, İranla əməkdaşlığın istiqamətləri müəyyənləşdirilib.
Qeyd edək ki, İran Milli Neft Şirkətinin dəvətilə SOCAR-ın nümayəndə heyəti İran İslam Respublikasına səfər edib.
Ülviyyə R. Əli
www.oxu.az