Cümə axşamı neftin qlobal bazarlardakı qiymətlərində eniş müşahidə olunur ki, bu da İran və Oman arasında aparılan danışıqlardakı müsbət dinamika ilə əlaqələndirilir.
Oxu.Az xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.
"Əl-Cəzirə" telekanalının İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqaiyə istinadən verdiyi məlumata əsasən, hər iki dövlətin təmsilçiləri Hörmüz boğazından keçən gəmi marşrutları barədə razılığa gəliblər.
Londonun "ICE Futures" birjasında oktyabr ayı üçün Bakı vaxtı ilə saat 09:20-yə olan məlumata əsasən, "Brent" markalı xam neftinin füçersləri 0.35 dollar (0.44%) ucuzlaşaraq bir bareli üçün 79.1 dollara düşüb. Qeyd edək ki, çərşənbə günü bu göstərici 0.09 dollar (0,1%) dəyər qazanaraq 79.45 dollara satılıb.
Nyu-York Əmtəə Birjasının (NYMEX) elektron ticarətində sentyabr ayı üçün WTI xam neftin füçersləri 0.48 dollar (0.64%) ucuzlaşaraq bir barel üçün 74.74 dollara düşüb. Əvvəlki ticarət sessiyanın nəticələrinə görə, həmin markalı neftin qiyməti 0.55 dollar (0.73%) azalmaqla 75.22 dollar təşkil etmişdi.