İraq və İran iki ölkə arasında 45 milyon dollar dəyəri olan dəmiryol inşaatı layihəsini tədqiq edirlər.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə bazar ertəsi iranlı həmkarı ilə Bəsrədəki görüşdən sonra İraqın nəqliyyat naziri Bakir Caber əz-Zubeydi bildirib.
“Biz 32 kilometr uzunluğu olan Bəsrə vilayətinin cənubi-şərqini İran ilə birləşdirəcək dəmiryolunun salınmasına və Bəsrədə Sindibad adasından Şatt-əl-Ərəb çayının sahilinədək 700 metr uzunluğu olan dəmiryolu körpüsünün tikilməsinə razılaşdıq”, əz-Zubeydinin sözlərini İraq xəbər portalı “Asvat əl-İraq” sitat gətirib.
Onun sözlərinə görə, bu layihə İrandan keçərək “Böyük İpək Yolu” ilə İraqı digər ölkələr, o cümlədən Çin, Azərbaycan, Ermənistan ilə birləşdirə bilər.
Layihənin 20 ay sonra başa çatacağı ehtimal edilir.