Trabzonlu iş adamları Azərbaycanda baş verən devalvasiyadan fürsət kimi istifadə etməklə, Trabzon-Bakı istiqamətində avireyslərin açılmasının vacib olduğunu qeyd ediblər.
Oxu.Az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
“Azərbaycanda müşahidə edilən iqtisadi böhrandan Türkiyə istifadə etməlidir. Turizm və ticarətdə sadəcə ərəb ölkələrinə bağlı qalmamalıyıq. Digər ölkələrdə də baş verən proseslər izlənməli və mövcud olan imkanları dəyərləndirməlidirlər”, - deyə Trabzon Ticarət və Sənaye Birliyinin sədri müavini Alper Bektaş qeyd edib.
A.Bektaş Azərbaycanda yaşanan devalvasiya səbəbi ilə ölkədə iqtisadi artımın zəiflədiyini və gömrük sektorunda bu ölkəyə mal idxal edən firmalara hər cür maddi dəstəyin olduğunu vurğulayıb.
“Ən qısa müddətdə Azərbaycanın paytaxtı Bakıya Trabzondan birbaşa uçuşların başladılması ilə iki ölkə arasında ticarətin həcmi artacaq. Bunu təkcə türk iş adamları deyil, azərbaycanlı iş adamları da istəyir”.
Ülviyyə R. Əli
www.oxu.az