Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun İllik Toplantısı çərçivəsində yeni sənədlər imzalanıb.
Oxu.Az xəbər verir ki, sənədlərin imzalanması toplantının açılış mərasimində baş tutub.
Belə ki, "Qarabağ suvarma kanalının yenidən qurulması" layihəsi üzrə Çərçivə (Kredit) Sazişi, həmin layihə üzrə Qrant Sazişi, həmçinin "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə İslam İnkişaf Bankı arasında Azərbaycan üçün Üzv Ölkə Tərəfdaşlıq Strategiyasının hazırlanmasına dair Anlaşma Memorandumu" imzalanıb.
Qaynar xətt:
(055) 224 12 12