“Fəxrlə deyə bilərik ki, artıq işğaldan azad edilmiş ərazilərdə üç gömrük postu fəaliyyət başlayıb”.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsi rəisinin birinci müavini, gömrük xidmətinin general-mayoru Güloğlan Muradov məlumat verib.
O bildirib ki, hazırda Qubadlıda, Zəngilanda və Füzuli hava limanında gömrük fəaliyyəti həyata keçirilir:
“Dünən Füzuli hava limanına Tehrandan təyyarə eniş etdi. Yaxında Türkiyə və digər ölkələrdən də olacaq”.
Nigar Məmmədova