Ucuz neft markalarından olan Kanadanın Western Canadian Select neftinin qiyməti bir barel üçün 14 dollara qədər ucuzlaşıb, The Wall Street Journal məlumat yayıb.
Oxu.Az RBK-ya istinadən xəbər verir ki, nəşr bu neft markasının daha ağır neft markaları üçün bençmark olduğunu qeyd edib.
Digər ucuz neft növləri üçün qiymətlər də ucuzlaşır. Yaxın Şərq neftinin Asiyaya tədarükünün bençmarkı olan Oman neftinin fyuçersləri 26 dollardan aşağı düşüb.
Yanvar ayının 13-də ABŞ-ın Enerji Nazirliyi Brent markalı neftin 2016-cı il üçün qiymətinə dair proqnozu 55,78 dollardan 40,15 dollara qədər endirib.