“Hazırda aidiyyəti orqanlar tərəfindən bu şəraitdə yeni qaydaların hazırlanması prosesi yekunlaşır”.
Oxu.Az-ın xəbərinə görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
O qeyd edib ki, yeni qaydalar gələn həftənin əvvəlindən sahibkar, müştəri və vətəndaşlara təqdim olunacaq:
“Dövlətin dəstək tədbirləri virusla mübarizədə aparıcı mövqedə deyil. Vətəndaşların da üzərinə böyük yük düşür. Sahibkarlar da bir vətəndaş kimi bu işlərə öz töhfələrini verməlidirlər”.
Karantindən çıxışla bağlı yeni qaydaların təqdim olunacağı vaxt açıqlandı - RƏSMİ + VİDEO
İlhamə Əbülfət