Gürcüstan və Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi ilə bağlı öz üzərinə düşən vəzifələri tam yerinə yetirib. Dünən mənə verilən informasiyaya görə, Türkiyə tərəfində də tunelin tikintisi başa çatıb.
Oxu.Az APA-yaistinadən xəbər verir ki, bu sözləri Gürcüstanın energetika naziri Kaxa Kaladze deyib.
K. Kaladze bildirib ki, iki aydan sonra layihənin icrası başa çatacaq: “Bu layihə çox böyük və vacib bir layihədir. Dəmir yolu bu ilin sonunda istismara veriləcək”.