Bakıda massaj salonunda insident yaşanıb.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Nərimanov rayonunda yerləşən salonda müştəri ilə işçi qızlar savaşıb.
Çəmənzəminli küçəsi 19/96-da yerləşən massaj salonunda Bakı sakini 25 yaşlı Fuad Əliyev orada işləyənləri, 19 yaşlı Ülkər Əsədovanı, 35 yaşlı Səbinə Məmmədovanı və 27 yaşlı Orxan Qafarovu döyüb. (ad və soyadlar şərtidir)
Faktla bağlı araşdırma aparılır.