Avropa qaz istehsalını azaldıb, həm də onların 2020-ci illərdə 600 milyard kubmetr qaza ehtiyacı olacaq. Bazar faktiki olaraq boşdur.
Oxu.Az Hürriyyet nəşrinə istinadən xəbər verir ki, bu sözləri “SOCAR Turkey” şirkətinin prezidenti Kənan Yavuz “rusların “Türk Axını” layihəsinə Azərbaycan tərəfi necə reaksiya verdi?” sualına münasibət bildirərkən qeyd edib.
“Bu qədər böyük bazarda heç bir layihə bir-birilərinə rəqib ola bilməz” - deyə, Yavuz əlavə edib.
Onun sözlərinə görə, Trans-Anadolu Təbii Qaz Boru Xətti ilə (TANAP) bağlı bütün incəliklər bəllidir:
“TANAP-la bağlı bütün detallar bəllidir. Ən strateji istehlakçılardan biri olan BOTAŞ bu layihənin ortaqlarından biridir. Ehtiyac olduğu təqdirdə bu qazın hamısını Türkiyə özü ala bilər”.
Bundan əlavə o qeyd edib ki, SOCAR hazırda Türkiyədə TOTAL-dan pay almaq məsələsinə maraq göstərmir:
“Hazırda bizim üçün çox tezdir. İmkanlara baxacağıq” - deyə, şirkətin prezidenti qeyd edib.
Ülviyyə R. Əli
www.oxu.az