Avropa İnsan Haqları Məhkəməsinin qərarı Dağlıq Qarabağ münaqişəsinin tərəflərinin həll yolunun tapılması üzrə hazırlığını dəyişmir.
Oxu.Az xəbər verir ki, bu barədə news.am saytına ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.
“Həmsədrlərə tərəflərlə münaqişənin sülh yolu ilə həlli istiqamətində işləmək tapşırılıb. Avropa İnsan Haqları Məhkəməsinin qərarı ilə nə bu mövqe, nə də münaqişə tərəflərinin həll yolunun tapılması üzrə hazırlığı dəyişir”, - o deyib.