“SOCAR Turkey Energy”in baş icraçı direktoru Kənan Yavuz SOCAR-ın Türkiyədəki ən böyük aktivi olan “Petkim” (PetroKimya) Holding A.Ş-nin yenidən 3 il müddətinə İdarə Heyətinin üzvü seçilib.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin İctimaiyyəti Maarifləndirmək Platformunun (Kamuoyunu Aydınlatma Platform-KAP) açıqlamasında bildirilib.
Məlumata görə, şirkətin Məsləhət Şurasının üzvləri də əvvəlki postlarında qalıblar. Onlar da vəzifələrini yaxın 3 il ərzində icra etməkdə davam edəcəklər.
Belə ki, SOCAR Turkey Petrokimya A.Ş təmilçisi Vaqif Əliyev, David Məmmədov, Mehmet Bostan, SOCAR Turkey Enerji A.Ş təmsilçi Fərrux Qasımov, Kənan Yavuz, Tevfik Bilgin (müstəqil üzvlər), Metin Kılcı, M.Emin Birpınar (müstəqil üzv) və Süleyman Qasımov qarşıdakı 3 il ərzində şirkətin Məsləhət Şurasına üzv seçiliblər.
Bundan başqa, şirkətin 2015-ci il üçün maliyyə hesabatları da təsdiq olunub.
Ülviyyə R. Əli
www.oxu.az