Ətdən hazırlanan məhsullar dünya xalqlarının mətbəxində önəmli yer tutur. Coğrafi şəraitindən, adət-ənənəsindən asılı olmayaraq, heyvan əti bir çox xalqların qida rasionunun əsasını təşkil edir. Ətdən qida kimi istifadə olunma ənənəsi ta ibtidai icma quruluşuna gedib çıxır.
Rəsmi statistika Azərbaycanda ildə adambaşına 36 kiloqram ət istehlak olunduğunu göstərir. Qonşu Rusiyada bu göstərici 68 kiloqram, Gürcüstanda isə 58 kiloqrama bərabərdir.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, BMT-nin Ərzaq və Təsərrüfat Təşkilatının məlumatları əsasında əhalisi il ərzində adambaşına ən çox ət yeyən ölkələrin siyahısını təqdim edir.
1. ABŞ- 120 kiloqram
2. Küveyt – 119,2 kiloqram
3. Avstraliya – 111,5 kiloqram
4. Baham Adaları – 109,5 kiloqram
5. Lüksemburq – 107,9 kiloqram
6. Yeni Zellandiya - 106,4 kiloqram
7. Avstriya – 102 kiloqram
8. Polineziya – 101,9 kiloqram
9. Bermud Adaları – 101,7 kiloqram
10. Argentina – 98,3 kiloqram
Vətəndaşları adambaşına ən az ət yeyən ölkələrin ilk onluğu isə belədir:
1. Banqladeş – 4 kiloqram
2. Hindistan – 4,4 kiloqram
3. Burundi – 5,2 kiloqram
4. Şri-Lanka – 6,3 kiloqram
5. Ruanda – 6,5 kiloqram
6. Syerra-Leone – 7,3 kiloqram
7. Eritreya – 7,7 kiloqram
8. Mozambik – 7,8 kiloqram
9. Qambiya -8,1 kiloqram
10. Malavi – 8,3 kiloqram
L.Ə.