SOCAR-ın bilavasitə Ukrayna paytaxtında və Kiyev vilayətində yerləşən benzindoldurma kompleksləri şəbəkəsi ştat rejimində işləyir və kifayət qədər yanacağa malikdir.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, bu haqda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı nümayəndəliyinin mətbuat xidmətindən məlumat veriblər.
Xatırladırıq ki, SOCAR-ın Ukraynadakı nümayəndəliyi Kiyevdə 5 benzindoldurma kompleksini idarə edir.
Ukraynanın bir sıra KİV-ləri Kiyevin blokadası ilə əlaqədar benzindoldurma komplekslərində yanacaq qıtlığının müşahidə olunduğunu bildirib.
Xəbər verilib ki, bəzi benzindoldurma stansiyalarında yanacaq artıq tükənib.
Şəhərə giriş yolları bağlandığından yanacaq gətirmək mümkün deyil.
Benzin olan stansiyalarda isə 200-300 maşın növbəyə düzülür.