Xalq artisti Ramiz Əzizbəyli Tibb Universitetinin Tədris-terapiya şöbəsinin reanimasiyasına yerləşdirilib.
Oxu.Az-a bu haqda məlumatı aktyorun qardaşı oğlu, müğənni Nurlan Əzizbəyli verib.
O bildirdi ki:
“Hadisə Ramiz Əzizbəylinin fevralın 9-da Heydər Əliyev Sarayında keçirilən yubiley gecəsindən sonra baş verib. O, tədbirdən evə qayıdanda qəzaya düşərək başından zədə alıb”.
Xatırladaq ki, sənətkar maddi çatışmazlıq səbəbindən xəstəxanaya yerləşdirilməmiş, ev şəraitində müalicə alırdı.![]()
Aytən Sadıqzadə
www.oxu.az