“Ümumilikdə KOBİA-ya 5 min vətəndaş müraciəti daxil olub”.
Oxu.Az xəbər verir ki, bu sözləri KOBİA-nın 2021-ci il üzrə fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
O bildirib ki, müraciətlərin 1 264 ü KOB maraqları istiqamətində olub. Müraciətlərin 61 faizi üzrə vətəndaşlara qanunvericilik tələbləri üzrə tövsiyə verilib, 8 faizi isə müvafiq qurumlara göndərilib.
Könül Cəfərli