Bakının Nərimanov rayonunda uşaq bağçasının damından 1200 manat dəyərində naqil oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki inzibati binaların birindən 50 ədəd pəncərə, pəncərə çərçivələri və 60 metr naqil, bir uşaq bağçasının damından isə 1 200 manat dəyərində naqil oğurlamaqda şübhəli bilinən Cəbrayıl rayon sakini R.Şirinov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.