“Biznes mühitinin dəqiq təhlili və bu sektorun diaqnostikasını aparacaq addımlar atılacaq”.
Oxu.Az xəbər verir ki, bu sözləri KOBİA-nın 2021-ci il üzrə fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
O bildirib ki, biznes və investisiya mühitinin təkmilləşdirilməsi üzrə 2018-ci ildən başlayaraq biznes mühiti ilə bağlı müntəzəm keyfiyyət sorğuları həyata keçirilib:
“2021-ci ildə də müvafiq sorğular həyata keçirilib və KOB-lar üçün mövcud problemlər öyrənilərək təhlil edilib. Məqsədimiz bu sektorda vahid sistemin təşkilidir. Ötən il ərzində agentlik tərəfindən yeddi normativ sənəd hazırlanıb, 3-ü təsdiq edilib, 4-ü isə müvafiq qaydada razılaşdırılıb”.
Könül Cəfərli