“2022-ci ilin dövlət büdcəsi layihəsində nəzərdə tutulan xərclər onu deməyə əsas verir ki, bu, 30 illik müstəqillik tarixinin ən böyük büdcəsidir”
Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin komitələrinin birgə iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli 2022-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı bildirib.
O deyib ki, Azərbaycan həm Vətən müharibəsi zamanı, həm də postmüharibə dövründə böyük maliyyə xərcləyib.
“Bununla belə, yeni büdcənin həcmi Azərbaycan dövlətinin nə qədər qüdrətli olmasının bariz nümunəsidir”, - deyə Ə.Hüseynli əlavə edib.
Aqşin Kərimov