2015-ci ilin yanvar-aprel aylarında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) səhmdar cəmiyyətlərini 77 min manat məbləğində cərimə edib. Bu da ötən ilin müvafiq dövrünün göstəricilərindən 29% azdır.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat komitənin 2015-ci ilin yanvar-fevral ayları üzrə hesabatında deyilir.
Səhmdarların hüquqlarının pozulması ilə bağlı şikayətlərin də sayı bir ildə 40 % azalıb:
Belə ki, 2014-ci ilin yanvar-aprel aylarında şikayət olunmuş səhmdar cəmiyyətlərinin sayı 336-sə, 2015-ci ilin müvafiq dövründə bu göstərici 200 olub.
Bundan başqa, 2015-ci ilin yanvar-aprel aylarında QKDK səhmdar cəmiyyətlərinə aşkar edilmiş nöqsanların aradan qaldırılması barədə icrası məcburi olan 18 göstəriş verib. Artım 29%.
Komitəyə hesabat təqdim edən səhmdar cəmiyyətlərinin də sayında azalma müşahidə olunub:
“2015-ci ilin yanvar-aprel ayında 51 səhmdar cəmiyyəti hesabatlarını komitəyə təqdim edib. 2014-cü ildə bu göstərici 80 idi”-deyə, komitənin məlumatında deyilir.
Ülviyyə R. Əli
www.oxu.az