2015-ci il aprelin 1-nə olan məlumata görə, ölkədə ümumilikdə dövriyyədə olan ödəniş kartlarının sayı 6 min ədəd artaraq 6 milyon 038 minə çatıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) saytında yerləşdirilmiş statistik hesabatda deyilir.
Məlumata görə, kartların ümumi sayından 4 milyon 757 min ədədi debet kartları, o cümlədən 2 milyon 461 min ədədi sosial kartlar, 1 milyon 442 min ədədi əmək haqqı kartları, 854 min ədədi isə digər debet kartlarının payına düşüb.
Kredit kartlarının sayında azalma müşahidə olunub:
Belə ki, 2015-ci ilin martın 1-nə olan kredit kartlarının sayı 1 milyon 319 min ədəd olduğu halda, aprelin 1-nə olan göstəricisi isə 1 milyon 281 min ədəd təşkil edib.
Aprelin 1-nə kredit kartları ilə aparılan əməliyyatların həcmi 219 milyon manat, sayı isə 1 milyon 598 min ədəd olub.
Qeyd edək ki, bir ay ərzində kredit kartları vasitəsilə aparılan əməliyyatların sayı və həcmi artıb.
Ülviyyə R. Əli
www.oxu.az