2015-ci ilin I rübündə tikinti işlərində qiymətlər əvvəlki rübə nisbətən 0,8 % bahalaşıb.
Dövlət Statistika Komitəsindən (DSK) Oxu.Az-a verilən məlumata görə, rüb ərzində yerüstü tikililər bölməsində 0,9 %, yol və körpü tikintisində isə 0,1 % bahalaşma müşahidə edilib.
Cari ilin I rübündə yerüstü tikililərdən yaşayış evlərinin tikintisi üzrə qiymətlər əvvəlki rüblə müqayisədə 0,9 %, sosial təyinatlı binaların və istehsal təyinatlı obyektlərin tikintisi üzrə qiymətlər isə 0,8 % bahalaşıb.
Sosial təyinatlı binalardan inzibati binaların tikintisi üzrə qiymətlər 0,6 %, ümumtəhsil məktəblərinin tikintisi üzrə qiymətlər isə 0,9 % bahalaşıb.
İstehsal təyinatlı obyektlərdən sənaye obyektlərinin tikintisi üzrə qiymətlərdə 0,8 % bahalaşma müşahidə olunub.
Ülviyyə R. Əli
www.oxu.az