2015-ci il yanvarın 1-nə olan məlumata görə, kommersiya bankları tərəfindən iqtisadiyyata 18 milyard 257,3 milyon manat kredit qoyulub. 2013-cü ilin müvafiq dövründə isə bu göstərici 14 milyard 840,6 milyon manat təşkil edirdi.
Oxu.Az-a bu barədə Mərkəzi Bankdan məlumat verilib.
Qeyd edək ki, 2014-cü ilin sentyabr ayında iqtisadiyyata kommersiya bankları tərəfindən 17 milyard 410,1 milyon manat, oktyabr ayında isə 17 milyard 638,9 milyon manat, noyabrda 17 milyard 984,9 milyon manat kredit qoyulub.
Xatırladaq ki, ölkə başçısının kommersiya banklarına iqtisadiyyata ayrılan vəsaitlərin artırılması ilə bağlı tapşırığından sonra bu yönümdə artım müşahidə olunur. Ekspertlər isə düşünür ki, kommersiya bankları tərəfindən iqtisadiyyata ayrılan kreditlərin həcmi artsa da, onlar yenə də ölkə iqtisadiyyatında aparıcı rol oynamırlar.