Azərbaycanın Birinci divizonunun “Neftçala” klubu Antalyada Polşanın “Yaqelloniya” klubunun gənclərdən ibarət heyəti ilə yoldaşlıq görüşü keçirib.
Oxu.Az xəbər verir ki, matç polyakların 4:2 hesablı qələbəsi ilə başa çatsa da, təkcə nəticəsi ilə yox, daha çox “Yaqelloniya”nın sonuncu qolu ilə yadda qalıb.
Ramil Kərimovun qapısına qol meydanın mərkəzindən, Pexnyak soyadlı futbolçu tərəfindən 88-ci dəqiqədə vurulub.
“Neftçala”nın heyətində David Janalidze və Maqomed Əliyev fərqləniblər. “Neftçala” bu matçda kifayət qədər yaxşı oyun göstərib, çoxsaylı qol anları yaradıb, hesabı birinci açıb, lakin çox gərəksiz qollar buraxıb.
Həmin oyundan video-görüntünü, o cümlədən sonuncu qolun videosunu təqdim edirik.
F.H.
www.oxu.az