Neftçala rayonunda sahibsiz itlərin çoxalması sakinlər arasında narahatlıq yaradıb.
Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) vətəndaş tərəfindən şikayət daxil olub.
Sakin bildirib ki, rayon ərazisində sahibsiz itlərin sayı son vaxtlar artıb. Onun sözlərinə görə, itlər gün ərzində küçələrdə, gecə saatlarında isə yaşayış binalarının girişlərində toplaşırlar.
"Bu gün səhər uşağımı Amid İmanov adına 1 saylı tam orta məktəbə apararkən belə bir mənzərə ilə qarşılaşdım. Rayonumuzda sahibsiz it problemi var. Gün ərzində küçələrdə dolaşırlar, gecələr isə binaların girişlərində yatırlar. Xüsusilə uşaqların məktəbə gedib-gəlməsi zamanı narahat oluruq", - deyə sakin qeyd edib.