Bakı Fond Birjasında 2020-ci ilin yanvar-sentyabr ayları ərzində korporativ qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 1 milyard 535,4 milyon manat təşkil edib.
Oxu.Az-ın Bakı Fond Birjasından əldə etdiyi məlumata görə, ilkin bazar üzrə əqdlərin həcmi 227,9 milyon manat, əqdlərin sayı isə 1730 olub.
Təkrar bazar üzrə əqdlərin həcmi 1 milyard 307,6 milyon manat, əqdlərin sayı isə 1610 olub. Təkrar bazar əqdlərinin 364-nü istiqrazlar təşkil edib ki, onların ümumi həcmi 1 milyard 293,1 milyon manat olub.
2020-ci ilin yanvar-sentyabr ayları ərzində korporativ qiymətli kağızlar üzrə əqdlərin orta günlük həcmi 8,7 milyon manat olub.
Müvafiq dövrdə repo əməliyyatlarının həcmi isə 1 milyard 379,5 milyon manat təşkil edib, əqdlərin sayı isə 881 olub. Onlardan dövlət istiqrazları üzrə əqdlərin həcmi 1 milyard 280,5 milyon manat təşkil edib.
2020-ci ilin yanvar-sentyabr ayları ərzində repo əməliyyatlarının orta günlük həcmi 7,8 milyon manat təşkil edib.