Kreditlərin ödənməsindən sonra Azərbaycan əhalisində yaşamaq üçün nəzərdə tutulmuş minimum vəsaitdən də az pul qalır.
Oxu.Az “Exo”-ya istinadən bildirir ki, bu haqda “İqtisadi təşəbbüslərə dəstək” İctimai Birliyinin eksperti Samir Əliyev bəyan edib.
Onun sözlərinə görə kredit verərkən bank öz müştərilərinin kredit ödəməqabiliyyətliliyini qiymətləndirirlər.
“Onlar aylıq ödəmənin gəlirin 50-70% yuxarı olmadığı halda kredit verirlər”.
Qeyd etmək lazımdır ki, vətəndaşlar bəzən özləri gəlirlərini sübut edə bilmirlər.
“Bəzən vətəndaşlar qeyri-rəsmi yolla gəlir qazanırlar və sənədlərlə onu sübut edə bilmirlər. Buna görə də kredit almaq üçün onlar rəsmi iş yeri olan qohum və tanışlarına müraciət edirlər”.
Bununla da borc məsuliyyəti daha da şaxəli vəziyyət alır.
“Vətəndaş öncə bir kredit götürür ödəyə bilməyincə, bir az nağd pulu olsun və ilk krediti ödəsin deyə ikinci krediti götürür. Onun borcu getdikcə artır.
Bununla yanaşı kreditlərin ödənməsindən sonra əldə yaşamaq üçün nəzərdə tutulmuş minimum vəsaitdən də az pul qalır”, deyə S.Əliyev qeyd edib.
“Ev təsərrüfatının hansı sahəsinin bu problemlərlə üzləşdiyini demək çətindir. Daha dəqiq rəqəmləri statistik orqanlar təqdim edə bilər. Amma bizim fikrimizcə əhalinin 40%-i kredit borclarını ödədikdən sonra yoxsullaşır”, - S.Əliyev hesab edir.
“Exo”nun sözlərinə görə İqtisadi və sosial inkişaf mərkəzinin sədri Vüqar Bayramov öz növbəsində deyib ki, istehlakçı krediti verilərkən ilk növbədə Azərbaycanda yaşayış üçün minimum məbləğ hesablanır.
“Bundan sonra isə gələcək müştərinin kredit ödəməqabiliyyətliliyi qiymətləndirilir. Təəssüf ki, 2012-2013-cü illərdə bu prinsipə əməl edilmir. Nəticədə isə kredit ödədikdən sonra müştəridə minimumdan da az pul qalır”.
V.Bayramov qeyd etdiyi kimi, bu problemlərlə bir çox ev təsərrüfatları qarşılaşır.
“İlkin hesablamalara görə kredit götürənlərin 40%-i kreditləri ödədikdən sonra nəzərdə tutulan minimumdan da az pulları qalır. İstehlakçı kreditlərindən istifadə edənlərin sayı Azərbaycanda 1,6 milyona çatır. Bunu nəzərə alarsaq, təxminən 600 min adam krediti ödədikdən sonra problemlərlə üzləşirlər. Onlar problemli kredit götürənlər siyahısına düşmək təhlükəsi zonasındadırlar” – V.Bayramov xəbərdarlıq edir.