Ötən gün ATV telekanalında yayımlanan “Düz Üzünə” verilişində “Toylar kralı”, müğənni Manaf Ağayev maraqlı açıqlamalar verib.
Oxu.Az xəbər verir ki, aparıcının ona “2 milyona villa tikdirirsiniz?” sualına, müğənni “Əvvəla, mənim villam tikilir, hələ hazır deyil. Bəlkə, 5 milyon olacaq” - deyə cavab verib.
Müğənni ailədə 4 bacı, 4 qardaş olduqlarını söyləyib.
Eyni zamanda, o etiraf edib ki, qardaşlarından birinin ögey olmasını 22 ildən sonra öyrənib. Manaf Ağayevin atası anası ilə evli olarkən başqa bir qadınla münasibət qurub. Onun həmin qadından bir oğlu dünyaya gəlib.
Həyat yoldaşının xəyanətini bilə-bilə müğənninin anası həmin uşağı doğma balası kimi saxlayıb, böyüdüb. 22 yaşına çatanda isə qonşular onun ögey olduğunu deyiblər. Bundan sonra ailədə digər bacı-qardaşlar əsl həqiqəti öyrəniblər.
Aytən Sadıqzadə
www.oxu.az