İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinqlər keçirilib.
Oxu.Az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, keçirilən yoxlamalar zamanı:
Salyan şəhərində: 20 Yanvar küçəsində Xuraman Abdullayevaya məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;
Bakının Sabunçu rayonunda: Kürdəxanı qəsəbəsi, M.Adil küçəsində “İl” MMC-yə məxsus mağazada; Bakıxanov qəsəbəsində Minasə Lətifovaya, İlqar Ağayevə və Asəf Rəhimova məxsus mağazalarda normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;
Mingəçevir şəhərində: H.Əliyev prospekti, 66/25 ünvanında Çingiz Səfərova məxsus mağazada;
Siyəzən rayonunda: Zarat kəndində Qorxmaz Qasımova məxsus mağazada;
Zaqatala şəhərində: E.İbrahimov küçəsində Seyfullah Məmmədova məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunub.
Gülnarə Zeynalova
www.oxu.az