Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Maliyyə Bazarlarına Nəzarət Palatasında yeni təyinatlar
Asim Zülfüqarov Maliyyə Bazarlarına Nəzarət Palatasının icraçı direktorunun müavini təyin edilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Trend-ə Palatadan bildiriblər.
Palatanın icraçı direktoru İbrahim Alışevdir.
A.Zülfüqarov, həmçinin Strateji xidmətlər departamentinin səlahiyyətlərinin icraçısı təyin edilib. Eyni zamanda o, həmin departamentin Strateji təhlil və risklər idarəsinin rəhbəridir.
Bundan başqa, İmran Məmmədov Bank fəaliyyətinə nəzarət departamentinin direktorunun səlahiyyətlərinin icraçısı təyin edilib. O, həmin departamentin Daxili nəzarət idarəsinin rəhbəridir.
Ən çox oxunanlar