Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi xanım Federika Mogerini mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentləri ilə görüşəcək.
Oxu.Az “Azadlıq” radiosuna istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Aİ-nin Ermənistandakı heyətinin rəhbəri Petr Svitalski bildirib.
“Münaqişənin hərbi həlli yoxdur. Və mayın 16-da Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi xanım Federika Mogerini bu çağırışla Ermənistan və Azərbaycan prezidentlərinə müraciət edəcək”, - P.Svitalski bəyan edib.