Cari ilin altı ayında ötən ilin eyni dövrü ilə müqayisədə ümumi daxili məhsul 2,1 faiz artaraq 28743,0 mln. manat təşkil edib.
Oxu.Az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin saytında məlumat verilib.
“Bu dövr ərzində qeyri-neft sektorunda ümumi daxili məhsulun həcmi 2013-cü ilin eyni dövrü ilə müqayisədə 7,0 faiz artaraq 16173,9 mln. manata çatıb. Əhalinin gəlirlərinin artım sürəti mövcud inflyasiyanı 2,9 dəfə üstələyib. Əhalinin banklara qoyduğu əmanətlərinin məbləği keçən ilin müvafiq dövrü ilə müqayisədə 12,8 faiz artaraq iyun ayının 1-nə 6,6 mlrd. manata çatıb”, - məlumatda deyilir.
Gülnarə Zeynalova
www.oxu.az