İnstagram həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bu şəbəkədə dostlarımızı, yerli və dünya ulduzlarını izləyə bilirik.
Oxu.Az xəbər verir ki, mobil sosial şəbəkə artıq 200 milyon istifadəçini öz ətrafına toplaya bilib və onlar bu xidmətdən aktiv istifadə edirlər. Təxmini statistikaya görə, İnstagram-da yerli istifadəçilərin sayı artıq 200 min civarındadır. 20 milyarddan çox foto bazasına malik olan bu şəbəkəyə gündəlik təxmini 60 milyon şəkil yüklənir və bu şəkillər hər gün digər istifadəçilər tərəfindən 1,6 milyard dəfə bəyənilir.
İnstagram-da ən çox izlənilən istifadəçilər, əlbəttə ki, ulduzlardır. Dünya üzrə ən çox izləyicisi olan beşliyi Justin Bieber, Beyonce, Ariana Grande, Kendall Jenner və Selena Gomez bölüşdürürlər.
Yerli ulduzlardan isə ilk beşliyə Röya başçılıq edir. Daha sonra Sevda Yəhyayeva, Günay İbrahimli, Aygün Kazımova və İlkin Həsəni gəlir.
Qeyd edək ki, ulduzların izləyici sayı 19 iyul 2014-cü il tarixinə uyğun olaraq təyin edilib. Statistika İnstagram-ın rəsmi saytından götürülüb.
İnfoqrafika COOL Agency tərəfindən hazırlanıb.

Aytən Sadıqzadə
www.oxu.az