MDB-nin və Şərqi Avropanın ən sabit valyutası Azərbaycan manatıdır.
Oxu.Az xəbər verir ki, bu barədə “Delovaya qazeta”nın (Belarus) “MDB və Şərqi Avropa ölkələrinin valyuta kurslarının dinamikası” adlı məqaləsində deyilib.
Məqalədə qeyd edilib ki, manat sabit valyutadır, böyük valyuta ehtiyatarı sayəsində son zamanlar faktiki olaraq Amerika dollarına bağlıdır.
“Dekabr ayında MDB və Şərqi Avropa ölkələrinin valyutaları arasında devalvasiya lideri 2013-cü ilin payızından sonra ilk dəfə olaraq Belarus rublu, 2014-cü ilin IV rübündə və II yarım illiyində isə rus rublu olub. Ümumilikdə isə 2014-cü ildə Ukrayna qriveni qiymətdən düşüb. Neft-qaza əsaslanan Azərbaycan manatı böyük valyuta ehtiyatları sayəsində son zamanlar faktiki olaraq Amerika dollarına bağlıdır. Öz valyutasının il boyu devalvasiyasına yol verməyən yeganə ölkə Azərbaycandır. Manat hətta dollara nisbətdə 0,01% möhkəmlənib” , - materialda deyilir.