Kommersiya banklarının depozit portfelində dollarla ifadə olunan əmanətlərin məbləği yüksək olaraq qalır.
Oxu.Az-ın məlumatına görə, Fins.az Azərbaycan Mərkəzi Bankının (AMB) statistikasına əsasən xəbər verir ki, bu il yanvarın 1-nə qədər banklarda xarici valyutada qoyulan depozitlər 9 milyard 336 milyon manata yüksəlib.
Belə ki, manatla olan depozitlərdə də 2016-cı ilin yekununda əvvəlki illə müqayisədə artım müşahidə olunub və 3 milyard 896 milyon manatdan 5 milyard 163 milyon manata yüksəlib.
Xarici valyuta ilə olan depozitlərin həcmi isə yerli valyuta ilə olan depozitlərə nəzərən 80,8% və ya 4 milyard 173 milyon manat çoxalıb və 9 milyard 336 milyon manata yüksəlib.
Lakin ötən illə müqayisədə xarici valyutada olan depozitlərin həcmində də azalma baş verib. Belə ki, ötən il xarici valyuta ilə olan depozitlər 12 milyard 608 milyon manat olub.
U.A.