Amerikanın “Playboy” jurnalı bir il bundan öncə sensasiya doğuran addım ataraq çılpaq modellərin şəkillərinin dərcindən imtina etmişdi, amma bir il sonra bu təcrübəni yenidən bərpa etmək niyyətindədir.
Oxu.Az bu barədə BBC-yə istinadən xəbər verir.
Nəşrin kreativ direktoru Kuper Hefnerin sözlərinə görə, keçən il bu şəkillərin dərcinin dayandırılmasına dair verilən qərar yanlış idi.
“Çılpaqlıq heç bir zaman problem olmayıb... Bu gün öz üslubumuzu geri qaytarırıq və əvvəl olduğumuz kimi olacağıq”, - Hefner “Tvitter”də yazıb.
Sosial şəbəkə istifadəçiləri bu qərarı sevinclə qarşalayıblar, amma bəziləri bu qərarın pornoqrafiya olmadan jurnalın satışının azalması ilə əlaqədar qəbul edildiyini vurğulayıb.
N.O.
www.oxu.az