Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin beş üzvündən üçünün səlahiyyət müddəti bitib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, AMB-nin İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev və sədrin müavinləri Vadim Xubanov və Aftandil Babayevin səlahiyyət müddəti bu ay başa çatıb.
Qeyd edək ki, AMB-nin İdarə Heyətinə üzvlər Milli Məclisin qərarı ilə 5 il müddətinə seçilir.
A.Quliyev sonuncu dəfə 2012-ci ilin fevral ayında Milli Məclisinin qərarı ilə dördüncü dəfə Mərkəzi Bankın İdarə Heyətinin üzvü seçilib.
V.Xubanov 2012-ci ilin fevral ayında Milli Məclisin qərarı ilə dördüncü, A.Babayev isə üçüncü dəfə bu vəzifəyə layiq görülüb.
Xatırladaq ki, 2015-ci ilin aprelində Milli Məclisin qərarı ilə E.Rüstəmov 5 il müddətinə Mərkəzi Bankın sədri, X.Abdullayev isə Mərkəzi Bankın sədrinin müavini vəzifəsinə təyin edilib.
Böyük ehtimalla, Milli Məclis bu ay AMB-nin İdarə Heyətinə yeni üzvlərin seçilməsi məsələsinə baxacaq.
U.A.
www.oxu.az